close

“WikiLeaks”in qurucusu azadlığa buraxılıb

Julian Assange. Foto: Reuters

Onun London Ali Məhkəməsinin qərarı ilə girov əvəzi azad edildiyi bildirilib

“WikiLeaks”in qurucusu Julian Assange azadlığa buraxılıb. Onun həbsxanadan azad edilərək təyyarə ilə Böyük Britaniya ərazisini tərk etdiyi bildirilir. Assangenin London Ali Məhkəməsinin qərarı ilə girov əvəzi azad edildiyi bildirilib. Bu barədə qurucusu olduğu “WikiLeaks”in “X” platformasındakı hesabında yazılıb.

Bundan öncə “Reuters” yazırdı ki, “WikiLeaks” ABŞ cəsusluq qanununu pozması ilə bağlı xətasını qəbul edəcək və bu anlaşmaya əsasən, onun Britaniyadakı həbs cəzası bitəcək.

Sayt bildirirdi ki, bundan sonra jurnalistin Avstraliyaya, evinə geri göndəriləcəyi və bununla da 14 illik hüquqi prosedurun sonlanacağı gözlənilir. 52 yaşlı Assange Şimali Mariana Adaları üzrə Dairə Məhkəməsinə təqdim edilən sənədlərə əsasən, ABŞ-ın məxfi milli müdafiə sənədlərini əldə etmək və açıqlamaqda suçlanıb.

Bu, BMT-yə qədər bütün siyasi spektrdən olan kütləvi təşkilatçıları, mətbuat azadlığı kampaniyaçılarını, qanunvericiləri və liderləri əhatə edən qlobal kampaniyanın nəticəsidir”, – “Wikileaks”in bəyanatında bildirilib.

“Julian azaddır!!!!” Bu barədə onun həyat yoldaşı Stella Assange X-də yazıb. “Sizə olan sonsuz minnətdarlığımızı sözlər ifadə edə bilməz. Hamınız bunu gerçəkləşdirmək üçün illər boyu səfərbər olmuşdunuz”, – o bildirib.

“FlightRadar24” məlumatı göstərir ki, bazar ertəsi günortadan sonra Stansteddən yola düşən yeganə VistaJet təyyarəsi Banqkoka istiqamət alıb.

Assanjın Avstraliyadakı sözçüsü onun uçuş planlarını şərh etməkdən imtina edib. Baş nazir Anthoni Albanese başda olmaqla Avstraliya hökuməti Assangenin azad edilməsi üçün təzyiq göstərsə də, məhkəmə prosesi davam etdiyi üçün şərh verməkdən imtina edib.

“WikiLeaks” 2010-cu ildə Vaşinqtonun Əfqanıstan və İraqdakı müharibələri ilə bağlı yüz minlərlə məxfi ABŞ hərbi sənədlərini yaymışdı. Bu, ABŞ hərbi tarixində ən böyük təhlükəsizlik pozuntusu sayılır. Assange həmin sənədlərin yayılmasında ittiham olunurdu. Lakin bir çox mətbuat azadlığı müdafiəçiləri ona cinayət ittihamının irəli sürülməsinin söz azadlığına təhlükə olduğunu iddia edib.

Ana səhifəDünya“WikiLeaks”in qurucusu azadlığa buraxılıb