Faktla bağlı cinayət işi açılıb
Xızı rayonunun Yaşma kəndində mərmi partlayışı nəticəsində iki nəfər ölüb, biri yaralanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Hadisə aprelin 15-də saat 15 radələrində baş verib. Partlayış nəticəsində ölənlər Sumqayıt şəhər sakinləri – 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovdur. 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov isə yaralanıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu ilkin araşdırmadan sonra belə nəticəyə gəlib ki, ölən və yaralanan şəxslər tapdıqları mərmi başlığını götürərkən partlayış baş verib.
“Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir”, – prokurorluqdan Meydan TV-yə bildirilib.