close

“Yalla” ansamblının bədii rəhbəri Azərbaycanın Xalq artisti oldu

“Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirov. Foto: Wiki

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Özbək və sovet estrada müğənnisi, “Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirova Azərbaycanın Xalq artisti adı verilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Fərrux Kərim oğlu Zakirov 16 aprel 1946-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə musiqiçi ailəsində doğulub.

2002-ci ilin mayından 2004-cü ilin iyul ayına kimi Özbəkistanın mədəniyyət nazirinin müavini olub.

1970-ci ilə Fərrux Zakirov tərəfindən yaradılan “Yalla” “Uçkuduk”, “Çayxana”, “Bu sevgidir”, “Nəsrəddinin mahnısı”, “Yalla”, “Sevdiyim gözlər olmadan”, “Şəhrizad”, “Parılda Daşkənd”, “Cinnuni” və s. mahnıları ilə sovet dövrünün ən populyar qruplarından biri hesab edilib.

Ana səhifəMədəniyyət“Yalla” ansamblının bədii rəhbəri Azərbaycanın Xalq artisti oldu