close

Zaxarova Ukraynanı Ermənistana “nümunə” göstərib

Mariya Zaxarova. Foto: Meydan TV

O deyib ki, Ermənistanın başına eyni hadisələrin gəlməsini istəməzdi

Ermənistan Rusiya sərhədçilərinin Yerevandakı “Zvartnots” beynəlxalq hava limanında fəaliyyətinin dayandırılması ilə bağlı Moskvaya rəsmi məktub göndərib.

Bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan verib.

Qriqoryan belə bir zərurətin müstəqillik dövründə Ermənistanın müxtəlif sahələrdə inkişafı ilə əlaqələndirib.

“Artıq aeroport tam şəkildə Ermənistan sərhəd qoşunları tərəfindən saxlanılmalıdır”, – Qriqoryan deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı heç bir rəsmi qərarın olmadığını bildirib.

2024-cü ilin fevralında Ermənistan hakimiyyəti respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulduğunu elan edib.

Ardınca Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi Simonyanın bəyanatını “dost olmayan davranış” nümunəsi adlandırıb.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Qərb dövlətləri tərəfindən Rusiya ilə münasibətlərini pozmağa təhrik edildiyini deyib.

O, Ermənistana Ukraynanın taleyi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq da edib.

XİN sözçüsü deyib ki, Ermənistanın başına eyni hadisələrin gəlməsini istəməzdi.

Ana səhifəDünyaZaxarova Ukraynanı Ermənistana “nümunə” göstərib