close

Zelenski Rusiya ilə atəşkəsin əleyhinədir

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

Bu yalnız Rusiyanın xeyrinə olacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə atəşkəsin əleyhinədir.

Bu barədə Ukrayna dövlət başçısı yanvarın 11-də Tallində estoniyalı həmkarı Alar Karrislə birgə mətbuat konfransında açıqlama verib.

Zelenski bildirib ki, döyüş meydanında heç bir fasilə ola bilməz, çünki bu, Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsinə fayda verəcək:

Ukrayna ərazisində döyüş meydanında fasilə müharibənin sonu demək deyil. Bu, Rusiya və ya başqası ilə siyasi dialoqa gətirib çıxarmır. Fasilə yalnız Rusiyaya kömək edəcək”.

Biz bilirik ki, onlar gündə nə qədər dron və artilleriya istehsal edirlər. Onların çatışmayan cəhətlərini, pilotsuz təyyarələrdə və artilleriyada böyük çatışmazlığı olduğunu görürük. Rusiya çox sayda təcrübəli əsgərlərini itirib, “Vaqner” muzdlu dəstəsi də məhv edilib. Ortalıqda böyük bir kəsir var”, – deyə Zelenski əlavə edib.

Onun sözlərinə görə, Rusiya İrandan “Şahed” tipli pilotsuz təyyarələrin böyük alışını həyata keçirir:

Onlar raketlərlə bağlı da danışıq aparırlar, amma hələlik razılığa gəlməyiblər”.

V.Zelenski deyib ki, ruslar artıq Şimali Koreyadan bir milyondan çox artilleriya mərmisi alıblar:

“Biz bəzi raketlərin nümunəsini də görmüşük”.

“Rusların öz silah növlərini istehsal etməyə vaxtı yoxdur və onların anbarları Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra boşalıb. İndi bu pauza dondurulmuş münaqişə deyil. Sadəcə, ruslara kömək edəcək pauzadır. Onların vaxtları yoxdur”, – Zelenski belə deyib.

Prezident onu da etiraf edib ki, dünyanın Ukraynanın anbarlarını doldurmağa vaxtı yoxdur:

 “Amma buna baxmayaraq, dünya bu gün Ukraynaya kömək edir. Biz Rusiyanın hərbi büdcəsindəki kəsrin döyüş meydanındakı sabitliyə necə təsir etdiyini görürük. Ona görə pauza, Rusiyaya iki-üç il vaxt vermək?.. Biz bu riskə getməzdik. Ona görə də Rusiyanın xeyrinə heç bir fasilə olmayacaq”.

 Zelenski Ukraynanın müharibənin gedişində nəyisə dəyişdirmək üçün müttəfiqləri, xüsusən də müharibə planının aydınlaşdırılması ilə bağlı ABŞ-dan təzyiq gördüyü ilə bağlı suala da cavab verib:

Bu və ya digər döyüş planları ilə bağlı sizə demək istəyirəm: nə qədər ki hər şey Ukraynanın ofislərində həll olunur, bizim mübarizəmiz Ukraynanın xeyrinə olacaq. Hələlik isə bu məhz belədir”.

Estoniya Prezidenti həmkarına dəstək olaraq bildirib ki, Ukrayna yalnız müharibədə qalib gələndə, danışıqlar masasına otura və sülh tapa biləcək.

O həmçinin qeyd edib ki, bütün müttəfiqləri Ukraynanı dəstəkləmək üçün birləşməlidirlər.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəSiyasətZelenski Rusiya ilə atəşkəsin əleyhinədir