Əli Kərimli Tale Bağırzadəni təbrik etdi

AXCP sədri Əli Kərimli siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəni doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Müsəlman Birliyi Hərəkatı”nın sədri, siyasi məhbus, 20 il müddətinə azadlıqdan məhrum edilmiş Tale Bağırzadə növbəti ad gününü məhbəsdə keçirir. Tale Bağırzadəni əqidəsini dinc şəkildə yaydığına, hakimiyyətə qarşı real və cəsarətli müxalif olduğuna görə şərləyiblər. Tale bəyin 3 azyaşlı övladı faktiki atasız böyüyür. Rejim atalarına görə bu azyaşlı uşaqları da cəzalandırıb. Mən Tale bəylə təəssüf ki, çox gec – onun məhkəməsi zamanı tanış olmuşam. Biz şəxsən tanış belə olmasaq da, istintaq zamanı ona 3 gün işgəncə veriblər ki, mənə qarşı yalan ifadə versin. Tale bəy “bandotdel”in işgənclərindən belə alnıaçıq çıxmış ləyaqətli bir şəxsdir.

Doğum gününüz mübarək olsun, Tale bəy! Sizə uzun və sağlıqlı ömür, haqq etdiyiniz azadlığa qovuşmağınızı arzulayıram.

24saat.org

Mənbə – azadliq.info

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

”Heykəl məhbusu” aclıq aksiyasına başlayır

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: