AST Telmanın ABŞ-dakı ticarət mərkəzinə həbs qoyuldu

İş adamı Telman İsmayılovun Las-Veqasdakı “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub.

Bu barədə qərar “Bank Moskva”nın kreditorlarının iddiası əsasında ABŞ məhkəməsi tərəfindən çıxarılıb. “Bank Moskva”nın hüquqşünasları əvvəlcə Kipr Respublikasındakı Nikosiya məhkəməsinə müraciət edərək bu ölkənin banklarında Telman İsmayılova məxsus hesablardakı vəsaitin hara yönləndirildiyi barədə məlumat tələb ediblər.

Əldə edilən məlumatdan bəlli olub ki, iş adamının Las-Veqasda 5 mərtəbəli ticarət mərkəzi var. Bundan sonra qarşı tərəf məlum əmlaka həbs qoyulması tələbi ilə ABŞ məhkəməsində iddia qaldırıb.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

İxrac etdikləri malın pulunu ölkəyə gətirməyənlər cəzalandırılacaq

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: