İxrac etdikləri malın pulunu ölkəyə gətirməyənlər cəzalandırılacaq

İxrac olunan mal və göstərilən xidmətə görə vəsaitin ölkəyə gətirilməsini təmin etməyən şirkətlər barəsində ciddi tədbirlər görüləcək. Bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və İnkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev məlumat verib.

O bildirib ki, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına edilən dəyişikliyə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. “Konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində valyuta nəzarəti, yəni vəsaitin vaxtında köçürülməsinə nəzarət Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən həyata keçirilir. Valyuta vəsaitlərini vaxtında köçürülməsi təmin etməyən şirkətlərin bəyannamələr üzrə məlumatları hazırlanır və bu məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülür”.

Baş İdarə rəisi vurğulayıb ki, ixrac olunan mal və göstərilən xidmətə görə vəsaitin ölkəyə gətirilməsini təmin etməyən şirkətlər barəsində ciddi tədbirlərin görülməsi üçün plan hazırlanır. İ.Babayev deyib ki, tədbirlər planına əsasən DGK idxal-ixrac əməliyyatları üzrə “qırmızı kanal” sisteminin tətbiq olunması planlaşdırılır. Onun sözlərinə görə, ixrac olunan mal və göstərilən xidmətə görə vəsaitin ölkəyə gətirilməsini təmin etməyən şirkətlər barəsində MBNP öz səlahiyyət çərçivəsində müvafiq tədbirlər görəcək.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Bu ölkə ABŞ-dan 2 milyardlıq pilotsuz təyyarə alır

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: