“The Telegraph” yazır ki, sağlam olmaq və piylənməmək üçün qismən vegetarian olmaq da kifayətdir.
16 min insanın iştirakilə aparılmış araşdırmadan bəlli olub ki, şəxsi pəhrizdə sadəcə olaraq ətsiz xörəklərin sayını bir qədər də çoxaltmaq da artıq çəki ilə mübarizədə köməyə gəlir.
Bundan əvvəlki araşdırmalar göstərib ki, ət yeməyən insanlar, yəni vegetarianlar adətən daha nərmənazik və mütənasib olurlar, lakin qismən vegetarianlıq da bir çox insanlar üçün daha realist yanaşmadır.
Ətdən tamamilə imtina etmək istəməyənlər, sadəcə ət qidalarının qəbulunu azalda bilərlər.
İspaniyadakı Navarra Universitetindən professor Maira Bes-Rastrollo deyir ki, bu, piylənmə ilə mübarizədə daha yumşaq yanaşmadır.
Ətin adamı kökəltməsinə əsas səbəb budur ki, onun tərkibində piylər çox, kalorilər isə sıxdır. Bu isə o deməkdir ki, ətyeyənlər hələ yeməkdən doymadan çox sayda kalori qəbul etmiş olular.
Sözü gedən araşdırma göstərib ki, ət qidalarından bitki qidalarının xeyrinə bir qədər imtina etmək insan yaşlandıqca onun orqanizminə daha yaxşı təsir göstərir.
Professor Bes-Rastrollo Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Piylənmə Konfransındakı çıxşında deyib ki, təcrübədə iştirak etmiş 16 min nəfərin ən çox ət yeyən 20 faizində piylənməyə meyllilik 15 faiz daha artıq olub. Əksinə əti ən az yeyən qrupda piylənmə riski 43 faiz azalmış olub.
Alimlər bildirirlər ki, ətli qidaların azaldılması, meyvə-tərəvəz, qoz-fındıq və zeytun yağı ilə kompensasiya edildikdə, ürək və qan-damar sistemi daha yaxşı qorunmuş olur.
Bundan əvvəlki tədqiqatlardan məlum olmuşdu ki, ət yemək piylənməyə şəkərin qəbulu qədər xidmət edir.
“The Telegraph” xatırladır ki, Dünya Səhiyyə Təşkilatı 2015-ci ildə yaydığı tövsiyədə emal olunmuş ətin – yəni qaxac edilmiş doniz əti, kolbasa və sosislərin “ehtimalən xərçəngyaradan” olduğunu bildirmişdi.
Bunun ardınca Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (International Agency for Research on Cancer) təsnifatında emal olunmuş ət məhsulları xərçəng xəstəliyi yaratmaq baxımından alkoqol, asbest, mərgümüş və siqaretdən daha təhlükəli qrafaya qaldırılmışdı.
Agentlik bildirir ki, hər il bütün planetdə 34 min ölüm, emal edilmuiş ət məhsulları ilə əlaqədar yaranan xəstəliklərdən baş verir.
Oxunub: 1404