Dönərçini iş yerində elektrik cərəyanı vurdu
Mingəçevir şəhərində bədbəxt hadisə qeydə alınıb. Belə ki, şəhərin “Sahil parkı” adlanan ərazisində yerləşən “Baku” restoranında dönərçi işləyən Yevlax rayonu, Aran qəsəbə sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub. İlkin ehtimallara görə, hadisə elektrik enerjisinə qoşulmuş dönər aparatının nasaz olması səbəbindən baş verib. Anar Həsənli dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, mərhum ailəli olub, 3 azyaşlı uşağı var.
Azər
Oxunub: 196