Ərdoğan əvvəlcə hökumət və dövlət başçılarının şərəfinə təşkil etdiyi ziyafətdən, daha sonra ikitərəfli görüşlərdən imtina etdi
Türkiyə prezidenti Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci illiyinə həsr olumuş sammitdə iştirak edən üzv ölkələrin dövlət və hökumət başçıları şərəfinə Dolmabahçə sarayında təşkil olunan ziyafətə qatılmayıb. Ziyafətə TBMM sədri İsmayıl Qəhrəman və baş nazir Binali Yıldırım qatılıb.
Sammitdən sonra Ərdoğanın Rusiya baş naziri Dmitri Medvedev və Yunanıstan prezidenti Prokopis Pavlopulosu qəbul etməsi gözlənilsə də, bu görüşlər də ləğv edilib.
Ərdoğanın Türkiyə vaxtı ilə 17: 30 radələrində Mabeyn köşkündə çıxaraq evinə yollandığı bildirilir.
azadliq.info
Oxunub: 584