20 ildən artıqdır ki, Azərbaycanla ÜTT arasında danışıqlar getsə də hakimiyyət bu təşkilata üzv olmaq məsələsini hələ də həll etməyib. Ekspert Vahid Məhərrəmov Facebook statusunda bunun səbəblərini göstərib.
“Ümümdünya Ticarət Təşkilatı (ÜTT) haqqında kimin nə yazmasından, deməsindən fərqli olaraq, əksər ölkələrin ÜTT-yə üzvlüyünün təhlili göstərir ki, bu təşkilata qoşulan ölkələrin xarici iqtisadi inteqrasiyası güclənir, ixrac potensialı artır, yeni texnologiyanın əldə olunması və tətbiqi sayəsində ölkə daxilində rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək imkanı yaranır, haqsız rəqabət və inhisarçılıq sıxışdırılaraq aradan çıxarılır, mal və məhsulların qiymətləri stabil diapazonda dəyişir.
Əlbəttə inteqrasiya prosesi bir çox hallarda risklərlə, itkilərlə də müşahidə olunur. Lakin bütün hallarda risklərin qiymətləndirilməsi və idarə edilməsi potensial itkilərin minimuma endirilməsi hökumətin çevirk fəaliyyətindən aslıdır”.
Oxunub: 678