Natiq Güləhmədoğlu
Təxminən 10-12 il qabaq tele-kanallarda Eyyub bəyin (İstehlakçı Hüquqları) həzin çıxışları olardı. Mən onlardan xüsusən birini misilsiz diqqət və həyavanla izləyərdim.
Bu yodlaşdırılmış duzun müəyyən edilməsinə dair bəyimizin göstərişləri idi. O vaxt internetin, ağıllı telefonların ələ çətin düşən vaxtları idi, buna görə mən televizorun səsini yaxşı duymaq üçün otaqda maksimum sabitliyi bərqarar edər, “48 vərəq” dəftəri qarşıma qoyub, intizamlı şagirdlər kimi qeydlər tutardım.
Eyyub bəyi təqib eləmək asan deyildi. O saxta duzu aşkar eləmək və əsl yodlu duz almaq üçün Mendeliyevin, Zininin, Butlerovun apardığı reaksiyalardan mürəkkəb, analitik tərcübə və reaksiyaları biz tamaşaçılarla bölüşürdü.
Məsələn, deyirdi ki, tutun duz qutusunu qulağınızla bərabər, dirsəyiniz tam bükülmədən qolunuzu bədəninizlə paralel istiqamətdə aşağı yuxarı 6-8 dəfə sürətlə hərəkət etdirin.
Bundan sonra qutunun qapağının üstün nayihəsində duz dənəcikləri görsəniz, tez onları steril qaydada cəmləyib, götürün aparın Mərkəzi Diaqnoztika Mərkəzinə. Orda həmin duzu bir fazalı sistem məhlula çevirtdirin. İki gün məhlulu müşahidə altında saxladın. Amma bu müddətdə boş qalmayın. Həmən qayıdıb, götürdüyünüz qutunun üstündəki ştrix kodları Britanıya Ensklopediyasının 8-ci cildindəki filan paraqrafla tutuşdurun. Rəqəmlə düz gəlsə belə hələ qərar verməyə tələsməyin. Dələləduzlar o rəqəmləri özbaşına da qutunun üstünə yaza bilər. Buna görə siz zirək davranıb, məhkəmə tibbi ekspertizasi vasitəsi ilə həmin mətnin gerçək olubolmadığını müəyyənləşdirmək üçün lazımı polirqafik prosedurlardan keçirdin.
Daha sonra Eyyub müəllim deyirdi ki, 3-4 sınaq təcrübələrinin nəticəsini əldə edən şəxs, onları notarial qaydada təsdiqlədib onlara gətirməlidir. Bundan sonra onlar oturub həmin sənəd sünəd əsasında bazarda satılan o duzun yodlu olub, olmamasına qərar verəcəkdir.
Mən indi bu qərib Fransa torpağında pərişan bir duyğula içində öz-özümə sual etmədəyəm. Xalqımız o yodlu duzu tapa bildi, yoxsa, Eyyub müəllim axtarışların davam edir?
Oxunub: 1394