Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn həbsdəki azərbaycanlı jurnalist Əfqan Muxtarlıdan danışıb. İyunun 12-də Brüsseldə keçirilən mətbuat konfransında Aİ komissarı deyib ki, Gürcüstanın bu məsələni ciddi araşdıracağını gözləyir.
“Mən azərbaycanlı jurnalistin Gürcüstanda oğurlanması məsələsindən agaham. Gözləntim odur ki, Gürcüstan höküməti bu hadisəni çox diqqətlə, bütün incəliklərinə qədər araşdıracaq. Mən nəticələri görməyi çox arzulayıram. Yeri gəlmişkən, bu həftə sonu Bakıya səfər edəcəyəm və bu məsələni orada da qaldıracağam.”
Oxunub: 272