Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehsalatla əlaqəli 159 bədbəxt hadisəni araşdırıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
Bu hadisələr nəticəsində 84 nəfər həyatını itirib, 165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bədbəxt hadisələr daha çox tikinti sektorunda (24,2%), emal sənayesində (16,8%), nəqliyyat (12,4%), mədənçıxarma sektorlarında (14,9%), energetika (6,8%) və digər sahələrdə (24,9%) baş verib.
Bundan əlavə, 2015-ci ilin dekabrında Xəzər dənizində baş vermiş təbii fəlakət nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 nəfər işçisinin Günəşli yatağında 10 saylıplatformada 22 neftçinin ölüm faktları üzrə araşdırmalar başa çatıb.
Araşdırmaların nəticələri açıqlanmır.
Oxunub: 56