Livanın “Lorientlejour” saytı Azәrbaycanda baş verәn repressiylardan yazıb.
Sayt qeyd edir ki, Avropa Parlamenti jurnalist Әfqan Muxtarlının, eyni zamanda bütün siyasi mәhbusların dәrhal vә qeyd-şәrtsiz azad edilmәsi üçün Azәrbaycan hökumәtinә çağırış edib.
Sayt yazır ki, İlham Әliyev dәfәlәrlә ölkәsindә insan haqlarının pozulması, azad mәtbuata tәzyiq edilmәsi ilә bağlı ittihamları rәdd etsә dә, orada insan haqları vә azadlıqlar daim pozulur. Sayt Әfqan Muxtarlının İlham Әliyevi tənqidlərinə görə tәzyiqlәrә mәruz qaldığını vә 2015-ci ildәn Gürcüstana sığındığını, bu il may ayının 30-da oğurlanaraq Azәrbaycana gәtirildiyini, döyüldüyünü, sәrhәddi qanunsuz keçmәkdә, ölkәyә gizli valyuta gәtirmәkdә ittiham edilәrәk haqqında 3 aylıq hәbs qәrarı çıxarıldığını yazıb.
Sayt Beynәlxalq Amnistiya Təşkilatının Әfqan Muxtarlını dәrhal azad etməyə çağırdığını vә bu oğurlanmanın böyük cinayәt adlandırdığını da qeyd edib.
azadliq.info
Oxunub: 422