Şirkət Ukrayna iqtisadiyyatına fayda verməyi üstün tutur
“Azersun Holdinq”dən “Qafqaz” Konserv Zavodunun son 8 ildə yerli istehsalçılardan ət qəbul etmədiyi bildirilib. Trend-in məlumatında bildirilir ki, xarici bazarlardan yalnız halal sertifikatlı məhsullar qəbul olunur: “Konserv məhsulları yalnız xaricdən gətirilən və “Azərsun Holding”ə məxsus fermalarda bəslənən mal-qaranın ətindən hazırlanır. Ət zavodda soyuq depolarda saxlanılır və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır.
Qeyd edək ki, “Azərsun Holdinq” mal əti konservlərinin mənşəyi bəlli olmayan ətlərdən hazırlandığı barədə məlumatları təkzib edib. Şirkət təmsilçiləri buna görə media mənsublarını “Qafqaz” konserv zavodunda iş prosesiylə tanış edib. Jurnalistlərə bildirilib ki, zavod indiyədək yerli istehsalçılardan ət qəbulunu həyata keçirmir: “Qafqaz Konserv Zavodunda emal olunan halal sertifikatlı ət Ukraynadan alınır. Buna görə, “Azərsun Holdinq” istehsal etdiyi konserv məhsulları ilə bağlı hər hansı şikayəti qəbul etmir”.
İqtisadçı ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycanda keyfiyyətli et bahadır. Konserv zavoduna qoca ətin alınıb emal edilməsi də baha başa gəlir:
“Bu ətin keyfiyyəti də istehlakçını qane etmir. Ona görə də xaricdən ucuz və keyfiyyətli et alaraq konservləşdirilmiş məhsulları hazırlayırlar. Xaricdəki xüsusi kökəltmə məntəqələrindəki heyvanların əti keyfiyyətli olur. Bizdə isə bahadır. Doğrudur, yerli istehsalı bu işə cəlb etmək maliyyə resurslarının ölkədə qalması demək olardı. Lakin yerli məhsulun istehsalı baha başa gəlir. Bu da emal müəssisəsinə sərf etmir. “Azərsun Holdinq” məsələni gərək belə aydınlasdıraydi”.
Nigar
Oxunub: 1016