Britaniyanın Brexit üzrə naziri David Davis ölkənin Aİ-dən çıxması üzrə danışıqlara başlamaq üçün Brüsselə yola düşür.
Gözlənildiyinə görə, o, “tarixdə təkrarı olmayan bir müqavilənin əldə olunmasına” çağırış edəcək.
Aİ paytaxtında rəsmi start veriləcək danışıqların mövzusu Britaniya xaricində yaşayan britaniyalıların hüquqi statusu, ölkənin Aİ-dən çıxmasının “xərci” və Şimali İrlandiyanın sərhəd xətti ilə bağlı məsələlər daxildir.
David Davis “qarşıda uzun yol keçmək” lazım gələcəyini deyərək eyni zamanda “özəl və dərin tərəfdaşlığın” olacağını da dilə gətirib.
Britaniya Aİ-dən 2019-cu ilin mart ayının sonuna qədər çıxmaq barədə qərar qəbul edib.
Bexit danışıqları Brüsseldə Avropa Komissiyasının binasında Bakı vaxtı ilə saat 14:00-da başlamalıdır.
Gözlənildiyinə görə, David Davise Brüsseldə aparılacaq danışıqlarda Britaniya ilə Aİ arasında “özəl və dərin partnyorluq əlaqələrinin” qurulmasına çağırış edəcək.
Onun təbirincə, bu, “tarixdə misli hələ görünməmiş bir tərəfdaşlıq nümunəsi olmalıdır”.
Aİ mənbələrinin BBC-ə bildirdiyinə görə, Brexit danışıqları Aİ-nin təklif etdiyi sxemə uyğun tərzdə aparılacaq. Sonrakı mərhələdə isə,tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bu çərçivədə ikitərəfli ticarət müqaviləsi də nəzərdən keçiriləcək.
Oxunub: 130