Araşdırmaçı jurnalist Xədicə İsmayıl iyunun 19-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. O, Gürcüstanda oğurlanaraq Bakıya gətirilmiş jurnalist Əfqan Muxtarlının işi üzrə ifadə verib.
Xədicə İsmayılı müstəntiq Əli Babayev dindirib. Jurnalistin sözlərinə görə, ondan Əfqan Muxtarlını hardan tanıması, onun nə işlə məşğul olması, “Meydan TV”tə pulun hardan gəlməsi, jurnalist İlqar Vəliyevlə tanışlığı və s. suallar verilib.
“Müstəntiq bu tipli suallar verirdi ki, “bizə məlumdur, Əfqan Muxtarlı filan işləri görüb, sən ona bu haqda tapşırıqlar vermisənmi?” Mənə iltizama qol çəkdirərkən qeyd yazdım ki, “mənə sirr hesab olunan məlumatlar verməyin, çünki sirr saxlaya bilmirəm. Dindirmənin son saat yarımında bu qeydin davasını aparırdı müstəntiq. Axırda dindirmə protokolunun sonuna “ən xoş arzularla” qeydimə görə bir yarım saat da bunun davası getdi. Başqa heç bir problem olmadı”, – deyə Xədicə İsmayıl bildirib.
azadliq.info
Oxunub: 992