Navalny anti corruption rally, central Moscow
Publicerat av Euronews English den 12 juni 2017
Акция сторонников Навального на Тверской. Прямая трансляция из…
"Мы недооценили, насколько плотно сейчас власть может давить", – написал в воскресенье вечером в своём блоге Алексей Навальный. Он проинформировал своих сторонников, что намечавшийся на 12 июня митинг на проспекте Сахарова в Москве не может состояться. Ограничения на использование усилительной аппаратуры и экранов превращают митинг в нонсенс, считает Навальный. Оппозиционный политик, кандидат в президенты России Алексей Навальный задаётся вопросом: зачем власти оказывают такое давление на граждан своей страны в день национального праздника – Дня России. Навальный высказывает мнение, что Кремль это делает для "унижения" граждан. В своём блоге Алексей Навальный резко критикует такую позицию властей и призывает своих сторонников выйти на мирную акцию в центре города на Тверской улице.
Publicerat av Radio Svoboda – Радио Свобода den 12 juni 2017
Antikorrupsiya aksiyası zamanı Moskvada 750-dən çox, Sankt-Peterburqda isə 900-yə yaxın adam saxlanılıb. Bu barədə hüquq müdafiəçilərinin yaydığı açıqlamalarda deyilir. Saxlanılanlarla bağlı rəsmi məlumat yoxdur.
***
Sankt-Peterburqda antikorrupsiya mitinqində 300-yə yaxın adam saxlanılıb. Onların arasında yetkinlik yaşına çatmayanlar da var.
***
Moskvada antikorrupsiya mitinqindən əvvəl Korrupsiya ilə Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı evinin yaxınlığında həbs edilib. Bu barədə Twitter vasitəsilə Navalnının xanımı məlumat yayıb.
Korrupsiya ilə Mübarizə Fondunun firektoru Roman Rubanov da faktı təsdiqləyib.
***
Sankt Peterburqda “Açıq Rusiya” hərəkatından olan bələdiyyə üzvü Daniila Kenanın saxlandığı bildirilir. Hərəkatın kordinatoru Andrey Pivovarov da polisə aparılıb.
Moskvada polis Tverskaya küçəsinə girişi yerli vaxtla saat 12-yə qədər əngəlləyib. Həmin küçəylə kəsişən küçələrə də giriş məhdudlaşdırılıb.
***
Rusiya polisi ölkənin şərqində mintinq keçirmək istəyən bir neçə adamı saxlayıb.
İyunun 12-də Blagoveshchensk şəhərində azı 4 nəfərin həbs edildiyi bildirilir.
Yerli medianın yazdığına görə Moskva ilə 7 saat fərqi olan Vladivostokda polis və yüzlərlə nüamişçi arasında qarşıdurma olub. Videogörüntülərdə dəbilqəli polis “Ar olsun!” şüarı qışqıran iki gənci sürüyə-sürüyə aparır.
***
Rusiyanın müxalifət lideri Aleksey Navalnı iyunun 12-nə təyin edilmiş antikorrupsiya etiraz mitinqinin yerini dəyişdiyini elan edib.
Navalnı bildirib ki, mitinq hökumətin icazə verdiyi yerdə yox, Moskvanın mərkəzindəki Tverskaya küçəsində keçiriləcək. Bu, Navalnı və tərəfdarları ilə hakimiyyət arasında qarşıdurma yarada bilər.
Navalnı bu qərarını iyunun 11-də aksiyaya 24 saatdan da az qalanda bəyan edib.
İyunun 12-də bütün Rusiya boyunca antikorrupsiya mitinqlərinin keçirilməsi planlaşdırılıb.
Müxalifət lideri qərarını onunla izah edib ki, hakimiyyət etirazçılara mitinq avadanlığı, səhnə və səsucaldanlar verməkdən imtina edib.
Mitinq yerinin dəyişdirilməsi etirazçılar və Moskva polisi arasında zorakı toqquşmaya səbəb ola bilər. Moskva polisi artıq mümkün “təxribatlar” barədə xəbərdarlıq edib.
Moskva polisinin sözçüsü İnterfax agentliyinıə deyib ki, “hüquq-mühafizə orqanları etirazçılar tərəfindən bütün qanun pozuntularına qarşı sərt tədbir görəcək”.
Navalnının martın 26-da keçirdiyi etiraz aksiyaları əsnasında minədək müxalifət tərəfdarı saxlanmışdı.
***
Həmin etiraz aksiyaları onlarda çox sayda gənc və yeniyetnin iştirakı ilə yadda qalıb.
Navalnının özü həmin aksiyadan sonra inzibati qaydada 15 günlüyünə həbs olunmuşdu.
Müxalifət lideri bildirib ki, iyunun 12-dəki aksiya Rusiyanın 200-dək şəhərində keçirləcək.
Navalnı deyib ki, “18 ildir hakimiyyət taxt-tacında oturanlar heç nəyi dəyişməyi planlaşdırmırlar”.
Moskva hakimiyyət orqanları Navalnı və tərəfdarlarına aksiyanın keçirilməsi üçün Moskvanın mərkəzindən kənarda yerləşən Saxarov prospektini vermişdilər.
Müxalifət aksiya üçün Moskvanın mərkəzində, Kremlin yaxınlığında yer üçün müraciət etmişdi.
Lakin paytaxt hökuməti bildirmişdi ki, iyunun 12 Rusiya günüdür və mitinq əvvəlcədən planlaşdırılmış rəsmi tədbirləri poza bilər.
Navalnı 2018-ci il prezident seçkisində namizəd olmaq niyyətini bildirib. Lakin belə görünür, ona bunu etmək icazəsi verilməyəck, çünki Navalnının üstündə üç kriminal məhklumluq var.
İyunun 12-də keçirləcək mitinqin ərəfəsində Navalnının Rusiyanın baş naziri Dmitri Medvedevi korrupsiyada ittiham edən videosu bəzi hakimiyyət saytlarında görünüb.
Prokurorluq bildirib ki, sözü gedən internet saytlarına haker hücumu olub.
Oxunub: 1934