Rusiya Müdafiə Nazirliyi Suriya səmasında insidentlərin qarşısının alınması barədə memorandum çərçivəsində ABŞ-la qarşılıqlı əlaqələri dayandırır.
Nazirlik bəyan edib ki, Suriya səmasında Efratdan qərbdə “beynəlxalq koalisiyaya məxsus təyyarə və pilotsuz təyyarələr Rusiya hərbi hava qüvvələri tərəfindən müşayət altına alınacaq”. Bu addımın atılmasına Su-22 Suriya qırıcısının ABŞ tərəfindən məhv edilməsindən sonra qərar verilib.
Nazirlik əlavə edib ki, ABŞ aviasiyasının “BMT üzvü olan hökumətin qanuni silahlı qüvvələrinə” qarşı hərbi fəaliyyəti “faktiki olaraq Suriya Ərəb Respublikasına münasibətdə hərbi aqressiya” təşkil edir.
İlkin
Oxunub: 804