Jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı daha bir qalmaqal yaranıb. Əfqan Muxtarlının hərəkəti qeydə alınan video görüntülərin silindiyi istisna edilmir. Jurnalistin vəkilinin bununlabağlı istintaq orqanlarına sualları var.
Arçil Çopikaşvili bu gün istintaq orqanına müraciət edəcək. Vəkil Daxili İşlər Nazirliyindən jurnalistin oğurlanmasının əks oluna biləcəyi bütün kadrları göstərməyi xahiş edir.
Hələlik DİN-in bu videomaterialları açıqlayacağı bilinmir. Lakin araşdırma qrupu jurnalistin hərəkət marşrutu üzrə epizod əldə edə bilib.
Videoyazı göstərir ki, çəkiliş qəfil dayanır və başqa görüntüyə keçib.
Videomateriala əsasən, yağışlı hava günəşli hava ilə əvəzlənir. Mənzərə və parklanan avtomobillər də fərqlidir.
azadliq.info
Oxunub: 534