“Rusiya Ukraynanın şərqindən çıxmayana qədər sanksiyalar qüvvədə qalacaq”.
“Reuters” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
“Bu, Rusiyaya qarşı sanksiyaların səbəblərindən biridir. ABŞ Ukraynanın şərqini bu ölkənin ərazisi hesab edir və Rusiyanın oradan çıxmasını tələb edir. Əks halda sanksiyalar ləğv olunmayacaq”, – deyə Spayser əlavə edib.
Xatırladaq ki, ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Və “qara siyahıya” Rusiyanın 38 hüquqi və fiziki şəxsi əlavə olunub.
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni sanksiya ilə bağlı Ukraynadakı vəziyyətə istinadən etməsinin gülüş doğurduğunu bildirib.
Lavrov bu qərarı rusofobiyanın növbəti təzahürü adlandırıb və Vaşinqtonun bütün sərhədləri keçdiyini deyib.
Gültəkin
Oxunub: 318