ABŞ bombardman təyyarələri Koreya yarımadası üzərində uçuş edib
ABŞ Hava Qüvvələrinə aid iki supersonik bombardman təyyarəsi Koreya yarımadası üzərində manevrlər edib. Bu hərəkət Şimali Koreyaya qarşı güc nümayişi kimi qiymətləndirilir.
Cənubi Koreya Müdafiə Nazirliyi ABŞ-ın Koreya yarımadası üzərində səs sürətini aşa bilən B-1B tipi iki bombardman təyyarəsi uçurduğunu təsdiqləyib. Nazirlik təmsilçisi uçuşların iki ölkə arasında keçirilən hərbi təlimlər çərçivəsində baş tutduğunu bildirib.
azadliq.info
azadlıq.info
Oxunub: 596