Səudiyyə Ərəbistanında Ramazan bayramı tətili 23 günə qaldırıldı.
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, 16 iyunda başlayan Ramazan bayramı tətili Kral Səlman təlimatı ilə 9 iyula qədər uzadılıb.
Əmək Nazirliyinin ilk olaraq 11 gün müəyyənləşdirdiyi bayram tətili, Kral Səlman tərəfindən daha 5 gün uzadılaraq 16 günə çıxarılmışdı. Kralın bu günkü təlimatı ilə bayram tətili növbəti dəfə uzadılaraq 23 günə çatdırılıb.
azadliq.info
Oxunub: 592