Cüdo üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Peter Zeyzenbaher həbs edilib.
Bu barədə məlumatı “RİA Novosti” yayıb. Xəbərdə avstriyalı mütəxəssisin avqustun 1-də, Kiyevdəki mənzilində polis tərəfindən həbs edildiyi bildirilib. 56 yaşlı mütəxəssis vətəni Avstriyaya ekstradisiya ediləcək.
O, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı seksual təcavüzdə ittiham olunur. Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız Rio Olimpiadasında iki gümüş medal qazanmışdı.
Vyana Dövlət prokurorluğunun məlumatına görə, 1997-2004-cü illərdə Zeyzenbaher 14 yaşına çatmamış iki qız uşağına təcavüz edib. Avstriyalı məşqçinin günahı sübuta yetirilsə, onu 10 illik həbs cəzası gözləyir. Zeyzenbaher ardıcıl iki olimpiadada (Los-Anceles – 1984, Seul – 1988) qızıl qazanan ilk cüdoçudu.
Oxunub: 466