Moskvada Özbəkistan və Ermənistandan olan iki tikinti briqadasının 40-a yaxın mühacir fəhləsi arasında dava düşüb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər baş idarəsi məlumat yayıb.
Xəbərdə bildirilib ki, gürz, bel, çəkic, armaturla silahlanan iki qrup arasındakı dava nəticəsində yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Moskvada “Bunin çəmənliyi” yaşayış tikinti kompleksində Kommunarkada baş verib.
Oxunub: 518