ABŞ-ın Rusiya əleyhinə budəfəki sanksiyaları çox təsirlidir. Rusiya elitası dilemma qarşısında qoyulub: Ya indiki aqressiv xarici siyasətdən imtina edilməlidir, ya da ölkə keçmiş SSRİ kimi ilbəil iqtisadi iflasa gedəcək. Ən əsası Rusiya prezidentilə biznes əlaqədə şübhəli bilinən oliqarxlar da sanksiyaya məruz qalacaq.
Bu gün ABŞ Venesuela prezidenti Maduronun şəxsən özünə qarşı ciddi sanksiyalar tətbiq etdi. Hesabları dondurulacaq, Maduro ilə hər cür əməkdaşlıq qadağan ediləcək. Xalqdan pulları oğurlayıb ofşor hesablara yerləşdirmək hələ o demək deyil ki, o pulları yeyə biləcəksiniz. Şair demişkən, dünən fərman verən bu gün can verir…
Bütün diktatorlar sonda eyni taleyi yaşayacaqlar.
Oxunub: 1426