9-cu Polis Bölməsindən bildirilib ki, B.Hacıyev sərbəst buraxılıb.
***
Gənc fəal Bəxtiyar Hacıyev bir neçə saat öncə saxlanılıb.
B.Hacıyev Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə mübahisə edib və nəticədə onu saxlayaraq Səbail RPİ 9-cu Polis Bölməsinə aparıblar. Hazırda bölmədə saxlanılır.
9-cu PB-dən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər və araşdırma aparıldığını, yekunda məlumat veriləcəyini bildiriblər.
Oxunub: 832