Cari ilin sentyabr ayında Rusiyanın Həştərxan şəhərində Azərbaycanın İşgüzar Mərkəzi açılacaq. Bu barədə Həştərxan vilayətinin hökumətinin saytında məumat verilir.
“Layihəyə 208,56 mln. rubl (5,8 milyon mnat) məbləğində özəl sərmayə yatırılıb. Həştərxanda Azərbaycanın İşgüzar Mərkəzi Rusiyada sayca ikinci olacaq. Əlavə olaraq, 41 yeni iş yeri yaradılacaq. Orta əmək haqqı 20,6 min rubl təşkil edəcək”, – məlumatda deyilir.
“Şirkət Həştərxan vilayətinin ərazisində “Həştərxan şəhərinin Sovet rayonunda Azərbaycanın İşgüzar Mərkəzinin tikintisi” investisiya layihəsini reallaşdırır. Mayın sonunda layihəyə xüsusi vacib statusu verilib, bu da dövlət tətəfindən dəstək hüququ verir. Bununla əlaqədar, şuranın ekspertləri ərizəni təmin edərək Bakı küçəsindəki ərazini uzunmüddətli icarəyə veriblər”, – məlumatda qeyd olunur.
Həştərxanda «Azərbaycan İşgüzar Mərkəzi»ni «Meçta» adlı özəl şirkıət tikib. Bu özəl şirkətin layihəsinin təməlqoyma mərasimində prezident İlham Əliyevin köməkçisi Əli Həsənov iştirak edib. Maraqlıdır ki, adı çəkilən özəl şirkətin sahibinin kim olduğu barədə heç bir məlumat yoxdur.
Azadliq.info
Oxunub: 802