Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Criminal.az dövlət başçısının saytına istinadən bildirir ki, sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsində nizamnamənin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, yenidən təşkili və ləğvi məsələləri Azərbaycan Prezidentinə həvalə edilib.
Oxunub: 446