Yazar Zümrüd Yağmur Facebook sosial şəbəkəsində yeni roman yazmasının anonsunu verib. Bununla bağlı yazara müraciət etdik və növbəti romanın mövzusu ilə maraqlandıq. Zümrüd Yağmur bildirdi ki. roman “Yol” adlanacaq. ““Birinci yol”, “İkinci yol” adlanan və bir-birindən müstəqil olan iki hissə romanın sonunda obrazların eyniləşən taleyi ilə birləşəcək, bir süjetə bağlanacaq.
Ölkədə baş verən hadisələrə biganə qalmayan və artıq iki siyasi romanın müəllif olan yazardan bu əsərin də siyasi olub olmayacağını soruşduq. Zümrüd xanım bildirdi ki, əsər ölkədə baş verənlərə qarşı olan və buna görə həbs olunan iki insanın bu yoldakı yaşatısını təqdim edəcək. “Həbsxanada, azadlıqda olan insanların həyatı və əslində, bu ölkədə azadlığın mahiyyədə nisbi olması, hər kəsin bir şəkidlə nələrinsə dəmir barmaqlıqları arasında yaşamağa məhkumluğu təqdim ediləcək. Bütünlükdəsə hələ əsərdən geniş danışmaq istəmiəm.” deyə yazar vurğulayıb.
Oxunub: 554