Bu gün, vəkil Asəbəli Mustafayev Bakı istintaq təcridxanasında siyasi məhbuslar Gözəl Bayramlı və Fuad Əhmədli ilə görüşüb. Bu barədə o, fb səhifəsində məlumat paylaşıb:
“Gözəl xanımın səhhətindəki problemlər daha da kəskinləşir. Həbs olunan zaman üzərindən götürülən Gürcüstandan gətirdiyi dərmanlar istintaq tərəfindən ona qaytarılıb. Ancaq dərmanların reseptini istintaq özündə saxlayıb.
Halbuki, dərmanların qəbulu qaydaları və dozaları yalnız reseptə göstərilib. Bundan başqa, reseptdə yazılmış və müalicə kursuna daxil olan bir iynəni o zaman Gürcüstanda tapmamışdır. Gözəl xanım güman edirdi ki, bu dərmanları Bakıda ala biləcək. Resept olmadığı üçün bu iynə indiyə qədər alınmayıb. Bütün bu səbəblərdən Gözəl xanım dərmanlardan istifadə edə bilmir. Sanki qəsdən hər dəfə onun müalicəsinə bir maneə yaradılır. Etibarnamə məsələsi də artıq 40 gündür ki, həll olunmur. İstintaq təcridxanası bu məsələnin həllini istintaq orqanının, sonuncu isə müəssənin üzərinə atır.Bu amil də Gözəl xanımın səhhətinin pisləşməsinə təsir edir.
Hər iki siyasi məhbusun əhvalı yüksəkdir, dostlara salam söyləyirlər. Fuad bəy yeni şeir yazıb, yaxın günlərdə oxuya biləcəksiniz”.
Azadliq.info
Oxunub: 140