Dünya Yüngül Atletika Çempionatında kişilәrin 200 metrә qaçış finalında Türkiyәni tәmsil edәn Azәrbaycan әsilli, Fәnәrbaxça İdman Klubunun yetirmәsi Ramil Quliyev qızıl medal qazanıb.
Ramil Quliyevin bu uğuru Türkiyә tarixindә bir ilkdir. Ramil 200 metr mәsafәni 20.09 saniyәyә qaçaraq bütün rәqiblәrini qabaqlayıb. Birinci yer üçün 60 min dollar mükafat tәsis olunub.
Yarışın sonunda Ramil Quliyev Azәrbaycan vә Türkiyә bayraqları ilә meydanda dövrә vurub.
Bu da qeyd olunmalıdır ki, qaçışı şərh edən Britaniya telekanalları Ramil Quliyevin Azərbaycandan olduğunu təkrar-təkrar vurğulayırdılar.
Azadlıq.info
Oxunub: 1066