Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam təmsilçisi səfərdə “Samtredia” ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 cavabsız qolla məğlub edən Qurban Qurbanovun komandası bu dəfə də rəqibini üstələyib – 1:0.
Beləliklə, “Qarabağ” 3-cü təsnifat mərhələsinə yüksəlib. Komandamız bu mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovanlar 1:0 hesabı ilə qələbə qazanıblar.
“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Donald Gerye, 22
İlk oyun – 0:5
Oxunub: 76