Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümü üçün püşaktma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Hhəmin müsahibəni təqdim edirik.
– Millinin oyunları ilə əlaqədar ölkə çempionatının matçlarında fasilə yaranacaq?
– Millinin baş məşqçisi Robert Prosineçki bizə hələ qrafik verməyib. Ehtiyac olsa, yığmaya görə çempionatda tez-tez fasilə yaratmağa hazırıq. Əsas millinin mənafeyidir.
– Hakimlər əvvəlki illərlə müqayisədə ölkə xaricində toplanış keçmədilər. Bu, onların çempionatdakı çıxışına mənfi təsir göstərməyəcək?
– Mətbuatdan oxuyuram ki, bəziləri hakimlərimizin getməməyini maddi durumla əlaqələndirdilər. Amma elə deyil. Referilərimiz getdikləri ölkədə oyun idarə etməyəcəklərsə, ora yollanmağın nə mənası var? Bolqarıstan və digər ölkələrdən dəvət etdilər. Lakin yoxlama oyunlarının sayı cəmi 8 idi və bu sayda matça görə hakimləri xaricə göndərməyi lazım bilmədik. Hakimlərin səhvləri həmişə olub, yenə də olacaq. Əsas odur ki, qərəz olmasın.
– Klublar ötən mövsümdən qalan borcları tam ödəyiblər?
– “Qarabağ”dan başqa bütün klubların borcu var.
– Klubların oyunlarının yerinin dəyişdirilməsinə icazə verilməsə, “Kəpəz” ilk dövrədə rəqiblərini harada qəbul edəcək?
– Buna özləri qərar verəcəklər. Bakı, Tovuz və Qazaxda oynaya bilərlər.
(Report)
Oxunub: 268