Naxçıvanın keçmiş daxili işlər naziri Әhmәd Әhmәdov bu gün sәhәr hәbs olunub vә Kәngәrli rayonundakı Böyükdüz tәcridxanasına göndәrilib.
Bu barədə əslən Naxçıvandan olan, hazırda mühacirətdə yaşayan jurnalist Yafəs Əkrəmoğlu feysbukda məlumat paylaşıb.
Jurnalistin yazıdğına görə, bundan öncә ev dustaqlığında olan keçmiş nazir hansı yollasa Bakıya qaça bilib. Lakin avqustun 12-də Naxçıvan DSX әmәkdaşları onu Bakıda tutub Naxçıvana, evinә qaytarıblar. Bu gün sәhәr isә o hәbs olunub.
“Böyükdüz tәcridxanasında o çoxlarına şәxsәn işgәncə vermişdi. Bundan öncә hәbs olunan Naxçıvan MTN şefi Vәli Әsgәrovun tәcrübәsinә baxsaq, Әhmәdi də ağır işgәncәlәr vә tәhqirlәr gözlәyir. Vasif Talıbova xәyanәtinә görә hәbsxana әmәkdaşlarının dәstәyi ilә Vәli Әsgәrovu “şustryak” ediblәr. Deyilәnә görә Әhmәd Əhmədov da Vasifә xәyanәt edib vә onu da eyni aqibәt gözlәyir. İstәr Vәli Әsgәrov, istәr Әhmәd Әhmәdov elә Vasif Talıbovun göstәrişi ilә xalqa divan tuturdular. Tәәssüf ki, onların hәbsi bu özbaşınalıqlara görә yox, hakimiyyәtdaxili intriqalara görәdir. Bütün hallarda qoy cәzaların alsınlar. Әminәm ki, xalq bir gün bütün qudurğanları cәzalandıracaq”, – deyə jurnalist məlumata əlavə edib.
azadliq.info
Oxunub: 2080