Bu günlərdə Tovuz rayonunun Əlibəyli kəndində qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Bu barədə Gununsesi.info-ya sözügedən kəndin sakinləri məlumat verib.
Məlumatda qeyd olunur ki, mağaza sahibi səhər işə gedərkən dükanın qapı və pəncərələrinin sındırıldığını görüb. O, dərhal bu barədə rayon polis şöbəsinə bildirib. Lakin polis işçiləri içəriyə daxil olarkən heç bir ərzaq məhsullarına toxunulmadığının şahidi olub.
Sonradan bəlli olub ki, mağazada kənd sakinlərinin borclarının qeyd olunduğu 2 nisyə dəftəri olub və məhz həmin dəftərlər oğurlanaraq aradan qaldırılıb.
Oxunub: 188