Infoaz. org saytının rəhbəri Namiq Cəfərli jurnalistlərin hakimiyyətə xidmət erməsini sərt şəkildə fb statusunda tənqid edib. Sayt rəhbərinin statusunu təqdim edirik:
“Son illər bəzən, bəzi yerlərdə artıq populyar olan bir söz işlədilir “ağıllı olub iş görmək lazımdır”. İlkin baxışdan bu söz pis görsənmir. Lakin sonradan məlum olur ki, “ağıllı olub iş görmək” ifadəsi, sən demə bütün mənəviyyatını satıb, məddahlıqla məşğul olmaq, kimlərəsə, yəni bacardığı qədər hər hansı Azərbaycan məmuruna sabunsuz xidmət edib və bunun müqabilində var-dövlət qazanmaqdır. Ev-eşik sahibi olmaqdır. Sonradan da həmin evlərdə mənəviyyatsız övlad tərbiyyə edib gələcək cəmiyyətimizi deqradasiyaya uğratmaqdır. Əgər yanılmıramsa, artıq Azərbaycanda bu cür hallar getdikcə, xüsusilə də son illər daha da çoxalıb. Öz müşahidələrimdə bunun kifayyət qədər şahidi olmuşam. Hərdən elə olur ki, mənə də “ağıllı olmaq” təklifləri gəlir. Bu adamları başa sala bilmirəm ki, hər kəsin pis, yaxşı, ziyanlı, təhlükəli də olsa həyatda öz tutduğu yolu var. Lakin nə faydası, üstündən qısa bir müddət keçir, yenə də həmin “ağıllı ol” təkliflərini alırsan. Bu çox acınacaqlı bir haldır, insanı sağ ikən yandırıb külünü göyə sovurmaqdı. Bəlkədə birdəfəlik yanıb kül olmaq, bunları görməmək, duymamaq və eşidməyib ölmək daha şərəfli olardı. Nəinki bu sözləri illərlə eşidib, tədricən sıradan çıxaraq axirət dünyasına yollanmaq.
Qısası tula kimi məmurların qarşısında quyruq bullayıb, qabağınıza atılacaq bir sümük tikəsinin həsrətini çəkdiyiniz üçün sizlərə yazığım gəlir. Özünüzü ictimaiyyətə ziyalı, müəllim, peşəkar qəzet baş redaktoru və s. sırımağa çalışmayın və başqalarını da öznüzün tutduğu yola dəvət etməyi təkid etməyin. Əgər cəhənnəmə gedirsinizsə yolunuz açıq olsun, daha özünüzə niyə yoldaş axtarırsınız.”
Oxunub: 360