Bakı Apellyasiya Məhkəməsi Jam.az (Jurnalist Araşdırmaları Mərkəzi) saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun vəkillərinin apellyasiya şikayətini icraata qəbul edib. Şikayətə baxış avqustun 28-də hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Vəkil Zibeydə Sadıqova Apellyasiya Məhkəməsindən 7 il azadlıqdan məhrum edilmiş Fikrət Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, “restoran”, “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.
İyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.
Oxunub: 94