Slovakiyanın Koşitse şəhərindən Vyanaya (Avstriya) dəmiryolunun çəkilməsi işlərinə 2023-cü ildən başlanılacaq.
Bu barədə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin hazırladığı layihənin iqtisadi əsaslandırılmasında qeyd olunub.
Sənəddə vurğulanıb ki, layihə Transsibir magistralının Avropanın mərkəzi ilə birləşməsinə imkan verəcək. Dəmiryolunun tikintisi 6,5 mlrd. avroya başa gələcək. Layihə ildə təxminən 67 vaqondan ibarət 20 min qatarın hərəkət etməsinə imkan verəcək. Bununla yanaşı, Vyanada hesab edirlər ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar layihənin reallaşmasına mane olmayacaq. Yeni layihə qatarların Vyanadan Vladivostoka (Rusiya), yəni Avropadan Sakit okeana qədər hərəkət etməsinə şərait yaracaq.
Vyana-Vladivostok dəmiryol xətti yeni yükdaşımaları istiqaməti kimi nəzərdə tutulur. Azərbaycan hakimiyyətinin böyük ümidlər bəslədiyi “İpək yolu” layihəsinə qarşısıalınmaz təhlükə yarandı.
Oxunub: 840