Fəxrəddin Mehdiyev həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlının müdafiəsinə qoşulmaq üçün istintaqa order təqdim edib. Lakin Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Ramiz Alverdiyev vəkilə rədd cavabı verib.
Bu haqda azadliq.info-ya Fəxrəddin Mehdiyev özü məlumat verib. “Gözəl Bayramlının müdafiəsinə qoşulmaq barədə xeyli müddət əvvəl bildirmişdim. Bu barədə order də çoxdan hazır idi. Həbs müddətinin artırılması ilə bağlı məhkəmə prosesində iştirak etmək istəyəndə müstəntiq mənə bildirdi ki, Gözəl xanımın müdafiəsinə qoşula bilmərəm. Müstəntiq bildirdi ki, həmin iş üzrə AXCP sədri Əli Kərimli şahid kimi istintaqa ifadə verib. Mən isə Əli bəyi həmin dindirmə prosesində nümayəndə kimi müşayət etmişəm. Buna görə də mənim prosesə qoşulmağıma imkan verilmədi”,-deyə vəkil bildirib.
Azadliq.info
Oxunub: 108