Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.
Turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olub.
Oyun Danimarka təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatsa da, Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından bu hesab “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə keçməsi üçün yetərli olub.
“Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qol:Federiko Santander, 41+1 (1:0), Dino Ndlovu, 63 (1:1), Pavloviç, 66 (2:1)
Oxunub: 272