Avqustun 21- də Sumqayıt Apellyasiya məhkəməsində AXCP Sumqayıt Şöbəsinin Gənclər komitəsinin sədri Ruslan Qarayevin apellyasiya şikayətinə baxılıb. Onun barəsindəki 20 sutkalıq inzibati həbs qərarı qüvvədə saxlanılıb.
Bu barədə vəkil Əsabəli Mustafayev öz feysbuk səhifəsində məlumat verib: “Dünən Ruslan Qarayevin barəsində inzibati həbs tədbirinin tətbiqi barədə qərardan verdiyim apellyasiya şikayətinə baxıldı. Proses həmişəki kimi formal və şablon keçirildi. Tutulmanın və cəzanın qanunsuz olmasını təsdiq edəcək vəsatətlərin heç biri təmin olunmadı. Bu son 1 ildə Ruslanın 3-ci inzibati həbsidir. İkisi artıq Avropa Məhkəməsindədir. Bu da üçüncü olacaq”,- deyə vəkil öz qeydinə bildirib.
Azadlıq.info
Oxunub: 244