Bu gün vəkil Asəbəli Mustafayev Bakı İstintaq Təcridxanasında siyasi məhbuslar Gözəl Bayramlı və Fuad Əhmədli ilə görüşüb.
Bu barədə məlumatı o, fb səhifəsində yayıb:
“Gözəl xanımın səhhətindəki ciddi problemlər hələ də durur, çünki heç bir müalicə aparılmır. Vəkillərin əvvəllər yaydığı məlumatlara baxmayaraq, bu məsələnin həllində irəlləyiş yoxdur. Hər ikisinin dostlara salamları var.”
Vəkil onu da bildirib ki, bu təcridxanada Fuad bəylə sonuncu görüşdür. Artıq bölgü aparılır, yaxın 1-2 gündə o, cəzaçəkmə müəssəsinə köçürüləcəkdir.
Azadliq.info
Oxunub: 112