Ekologiya Nazirliyi paytaxtda bugünki tozlu havanın güclənə biləcəyi barədə məlumat verib.
Aparılmış monitorinqlərin nəticələrinə əsasən, havada toz miqdarı sanitar normadan artıqdır. Bunun səbəbi Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
İsti hava, cənub-şərq küləyi, yüksək nisbi rütubət avqustun 26-dək atmosfer havasında tozun miqdarının daha da artmasına səbəb olacaq, deyə Ekologiya Nazirliyinin məlumatında bildirilir.
Oxunub: 268