ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Əfqanıstandakı ekstremist “Taliban” hərəkatını silahlandırmaqda ittiham edib.
Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yayılıb.
Tillerson bildirib ki, Rusiya həqiqətən də “Taliban”ı silahla təmin edir və bu da beynəlxalq normaların pozulmasıdır: “Kimsə silah göndərmək istəyirsə, bu, ancaq Əfqanıstan hökumətinin vasitəsilə ola bilər”.
İyulun sonlarında CNN agentliyi də Moskvanın ünvanına analoji ittihamla çıxış etmişdi.
Rusiya Müdafiə Nazirliyi ABŞ tərəfinin ittihamlarını rədd edib. General-mayor İqor Konaşenkov bildirib ki, ABŞ dövlət qurumlarından fərqli olaraq rəsmi Moskvanın BMT-nin terrorçu kimi tanıdığı təşkilatlarla hər hansı əməkdaşlığı olmayıb və ola bilməz.
Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın bu iddialarını “dezinformasiya kampaniyasının” tərkib hissəsi adlandırıb.
Gültəkin
Oxunub: 228