Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Fransanın paytaxtı Parisdəki dünya çempionatında qızıl medal qazanıb.
61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mübarizəyə 1/16 final mərhələsindən qoşulub.
O, ardıcıllıqla qırğızıstanlı Alibek Osmonovu (8:0), yaponiyalı Rinya Nakamuranı (10:1), slovakiyalı Mikola Bolotnjuku (10:0) və kubalı Yovlis Bonne Rodrigezi (10:0) məğlub edərək, finala çıxıb.
Həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovla qarşılaşan H.Əliyev rəqibinə tuşe ilə qalib gəlib.
Oxunub: 278