“Fransa avqustun 24-də Bakıda Mehman Əliyevin saxlanmasından narahatdır”. Fransa Xarici İşlər Nazirliyinin “Turan” Agentliyinin direktoru Mehman Əliyevin saxlanması ilə bağlı bu gün, avqustun 25-i yaydığı bəyanatda belə deyilir.
“Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşmağa çağırır. Hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına səsləyir”, – nazirliyin bəyanatında vurğulanır (azadliq.org)
Oxunub: 638