Kiprdə 2 milyon avro məbləğində ev almaqla Kipr vətəndaşlığını və Avropa birliyi ölkələrinə vizasız səfər hüququnu qazanmaq olar. Bundan başqa ev alan şəxsin bütün ailə üzvlərinə və 21 yaşına qədər olan övladlarına da Kipr vətəndaşlığı və Avropa birliyi ölkələrində işləmək icazəsi və 158 ölkəyə vizasız səfər etmək icazəsi verilir.
turizm.fins.az xəbər verir ki,hazırda 2 min nəfərə bu yolla kipr vətəndaşlığı verilir. Bu ölkədə ev alanlar isə Kiprə 4 milyard avro investisiya ediblər.
Bu tip dövlət proqramları Portuqaliya və Maltada da var. Kiprdə ev almaqla investisiya yatıranlar isə daha çox Rusiya və Çin vətəndaşlarıdır.
Oxunub: 656